“Bu gün 150 nəfərədək insanın iştirakı ilə toylar keçirilir. Hesab edirəm ki, yasların da 100-150 nəfərin iştirakı ilə keçirilməsinə icazə verilməlidir. Operativ Qərargah bu məsələyə baxmalıdır”.

Korrupsiya.az ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat ümid edir ki, bu məsələ ilə bağlı bu gün və ya sabah eşidəcək.

Paylaş