“Baş nazir Nikol Paşinyanı vəzifədən uzaqlaşdırmağın bir yolu var, bu, bütün müxalifətin yeganə məqsədi və konsolidasiya nəticəsi olmalıdır”. 

Korrupsiya.az xəbər  verir  ki, bu  barədə  erməni prodüser Ruben Mxitaryan öz “Facebook”  hesabında yazıb.  Onun sözlərinə  görə, Paşinyan seçkilər  yolu ilə hakimiyyətdə  qalmaq istəyir:

“Nikol hər il hava və su kimi seçim edir. 3 il ərzində o, artıq 4 böyük seçki keçirdi: 2 Milli Məclis,  1 Yerevan, 1 Yerli Hökumət. Gələn il o seçkilərə yenidən hava-su kimi lazım olacaq. Bir dəfə İrəvanda növbədənkənar seçki keçirməyə çalışacaq, bir dəfə Konstitusiya ilə bağlı referendum keçirəcək (yaxud Milli Məclisdə onu dəyişdirməyəcək), bir dəfə də dəyişdirilmiş Konstitusiya ilə yeni parlament seçkisi keçirəcək, sonra da prezident seçəcək.  O, ancaq öz gündəmini rəhbər tutur və “qlobako”nun onun fəaliyyəti ilə bağlı geosiyasi qütblərin, müxalifətin,  icitmaiyyətin nə düşündüyü ilə maraqlanmır”.

Mxitaryan həmçinin Nikoldan qurtulmağın yolunu açıqlayıb:

“Nikol Paşinyandan qurtulmağın bir yolu var. Bütün müxalifətin yeganə məqsədi – birləşmənin nəticəsi bu olmalıdır. Müxalifət lideri ətrafında yox, iqtidar liderinə qarşı birləşin”.

Paylaş