Braziliyada Amazonas ştatının Bobra şəhərinin bələdiyyə sədri 39 yaşlı Simao Peksoto ilə 45 yaşlı keçmiş deputat Erineu Alvas Da Silva rinqə çıxıb.

Korrupsiya.az xəbər verir ki, 3 raund davam edən döyüşün qalibi bələdiyyə sədri olub.

Yerli BNC agentliyi bildirib ki, tərəflər arasında siyasi gərginlik ötən aydan başlayıb. Keçmiş deputat bələdiyyə sədrini “küçə döyüşçüsü” adlandıraraq, rinqə dəvət edib. Bələdiyyə sədri Peksoto isə dəvəti qəbul edib.

 

Paylaş