Türkiyənin Amasya bölgəsində güclü yağış səbəbindən sürücünün idarəetməsindən çıxan sərnişin avtobusu aşıb. 

Korrupsiya.az xəbər verir ki, qəzada 2 nəfər ölüb, 28 nəfər yaralanıb.

Hadisə bu gün səhər saatlarında Amasya-Çorum yolunun 25-ci kilometrliyində baş verib. Bildirilib ki, sərnişin avtobusu İzmirdən Tokata gedirmiş.

Qəza səbəbindən Amasya-Çorum avtomobil yolu bir müddət bağlanıb.

Qəza zamanı yaralananlardan biri hadisənin səbəbkarı kimi sürücünü göstərib:

“Köməkçi sürücüyə “yavaş get” xəbərdarlığı edib, amma sürücü “tələsirəm” deyib”.

 

 

Paylaş