“Öz ərizəsi ilə işdən çıxan şəxs işsizlikdən sığorta ala bilmir”.

Korrupsiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

“Pandemiyanın tüğyan etdiyi bir vaxtda 267 900 nəfər öz ərizəsi ilə işdən çıxarmı? Bu qədər insanın öz ərizəsi ilə işdən çıxması inandırıcı deyil. Pandemiya dövründə belə bir hərəkəti qəbuledilməz hesab edirəm. Bunun araşdırılmasını istərdim. Bu qədər adam öz istəyir ilə ərizə yazmaz”.

Paylaş