Almaniyanın Leypsiq şəhərində Türk-İslam Diyanət Birliyinə bağlı Eyüp Sultan Məscidi 100-150 nəfərlik ultra solçu radikal qrup tərəfindən hücuma məruz qalıb.

Korrupsiya.az  xəbər verir ki,  hadisə nəticəsində  məscidin şüşələri  qırılıb,  maddi  ziyan dəyib. Polis hücumla əlaqədar 11 nəfər saxlanıldığını  açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş