Bu ilin 11 ayında Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı 10 milyon 832 mindən çox olunub.
Korrupsiya.az xəbər verir ki, bunu DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov bildirib.
Onun sözlərinə görə, bu dövr ərzində təkcə “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən 5 milyon 557 mindən çox Elektron Ticarət Bəyannaməsi gömrük orqanlarına təqdim edilib: “Ümumilikdə 166 min nəfərdən çox istifadəçi portlada qeydiyyatdan keçib. Mobil tətbiq istifadəçilərinin sayı 358 min nəfərdən çoxdur. Onlardan 222 min nəfəri Android, 136 min nəfəri isə İOS platformasının istifadəçiləridir”.
Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsi ümumilikdə 24 elektron xidmət təqdim edilir.