Bir çox ölkələrdə vaksin sertifikatı tətbiq olunur. Bir çox ölkələr arasında vaksin sertifikatının bir-biri ilə qarşılıqlı tanınması həmişə gündəmdədir. Bunun üçün xüsusi bir İşçi Qrupu yaradılıb. Bu qrupa Teymur Musayev rəhbərlik edir. Həmin İşçi Qrupu qarşılıqlı tanınmaq prosesi ilə məşğuldur”.

Korrupsiya.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda tətbiq olunan Sinovac vaksini Avropnanın əsas sertifikasiya keçirən qurumu tərəfindən qəbul edilib.

“Bir çox ölkələrdə Sinovac peyvəndi qəbul edilir. Ölkədən-ölkəyə fərq var. Hansısa ölkələrdə fərqli yanaşma var”.

Paylaş