“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq transplantasiya ilə bağlı donorlar və resipiyentlərin, yəni müalicə məqsədilə donor orqanı köçürülən şəxslərin ümumi respublika bazası yaradılacaq”.
 Korrupsiya.az xəbər verir ki, bunu açıqlamasında Səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.
T. Musayev deyib ki, bu sahədə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq: “Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan sonra bu sahədə hər şey şəffaf şəkildə olacaq”.
Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş