Türkiyənin İzmir şəhərində 94 yaşlı kişi nəvəsini ov tüfəngi ilə vuraraq öldürüb.

Korrupsiya.az haberler.com-a istinadən xəbər verir ki, babanın 40 yaşlı nəvəsi ilə arasında ailə münaqişəsi zəminində mübahisə düşüb. Daha sonra onlar arasındakı mübahisə ölümlə nəticələnib.

Şəxs aldığı güllə yarasında yerindəcə keçinib. 94 yaşlı baba isə polis tərəfindən saxlanılıb. Onun barəsində qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar aparılır.

Paylaş