Salam çox hörmətli Mehriban Xanım Əliyeva !

Mən özüm haqqında az da olsa məlumat verim.1961-ci ildə anadan olmuşam. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filalogiya fakultəsinə daxil olmuşam. Oxuduğum müddətdə adlı təqaüd-Nizami Gəncəvi adına təqaüd almışam. Tələbə Elmi Cəmiyyətinin sədri olmuşam. O dövrdə partiya sıralarına qəbul olmuşam. 1982- ci ildə Çernyayevskinin anadan olmasına həsr edilmiş konfransda ümummilli lider H.Əliyevlə birlikdə rəyasət heyətində əlaçı tələbə kimi iştirak etmişəm. 1982-ci ildə universiteti fərqlənmə diploma ilə bitirmişəm. 1982-ci ildə Göyçay rayonu Bığır kənd 1№li   tam orta məktəbdə dil-ədəbiyyat müəllimi həm də partiya təşkilat katibi kimi fəaliyyətə başlamışam. 1985-ci ilin sentyabr ayından Göyçay rayonu Bığır kənd 3№li tam orta məktəbə direktor təyin edilmişəm. Yeni Azərbaycan Partiyası yaranan günlərdən ailəmlə  birlikdə partiya sıralarına qəbul olmuşam. 36 ildir ki,Göyçay 88 saylı seçki dairəsinin 04 saylı seçki məntəqəsinin sədri vəzifəsində çalışıram,dövlətimə,partiyama,onun rəhbərlərinə sədaqətlə qulluq etmişəm. Bu müddət ərzində heç bir nöqsana yol  verməmişəm. İşlədiyim müddətdə töhmət,cəza almamışam.  Dövlətimin,xalqımın uğurları ilə sevinib,kədəri ilə kədərlənmişəm.

Bu günə kimi dövlətimdən heç bir kömək,maddi dəstək istəməmişəm. Amansız xərçəng xəstəliyi 2017-ci ildə məni yaxalayandan özüm,ailəm çox çətinliklərə düşdük. Bu günə kimi müxtəlif cərrahi əməliyyatlar olmuşam,sol böyrəyim əməliyyatla götürülüb. Şəkər xəstəsiyəm.2017-ci ilin noyabrında sol süd vəzim əməliyyatla götürülüb. 2019-cu ilin martında qaraciyərimə metastaz verdiyindən qaraciyərimin bir hissəsi əməliyyatla götürülüb. 2019-cu ilin noyabrında yenidən metastaz verdiyindən Respublika Diaqnostika Mərkəzində embolizasiya yolu ilə əməliyyat olmuşam,həmin metastaz verən yer dondurulub. Bu əməliyyatlara çoxlu məsrəf ödəmişik.  2020-ci ilə qaraciyərimin digər yerlərində törəmələr yarandığından çoxlu kimyəvi müalicələr almışam.  Yenidən qaraciyərimdə törəmələr yaranıb. Həkimlər həm kimyəvi müalicələrin davam etdirilməsini,həmdə embolizasiya olunmağını məsləhət bilirlər. Hal -hazırda qəbul etdiyim dəmanlar,iynələr çox bahalıdır. Kimyəvi müalicəm üçün lazım olan dərmanlar xaricdən gətirilməlidir. Azərbaycanda tapılan kimyəvi dərmanların hamısından istifadə etmişəm. Hal-hazırda mənə yazılan dərmanların qiyməti  bahadır.Mənim onları almaq imkanım yoxdur. 2017-ci ildən bəri banklara,qohum-əqrabaya güclü borcumuz yaranıb. Mən yaşamaq istəyirəm. Həyat yoldaşımı da karona xəstəliyi üzündən 2020-ci ilin dekabrında itirmişəm.  Mənim ümidim sizsiniz. Mən dövlətimə,partiyama onun rəhbərlərinə inanıram,bilirəm ki,onlar mənim uzunmüddətli dövlətimin yolunda sədaqətli xidmətimi nəzərə alarlar.
Hörmətli Mehriban Xanım Əliyeva mən dəfələrlə sizə məktub ünvanlamışam,ancaq məktubumu Səhiyyə Nazirliyinə Səhiyyə Nazirliyi Milli Onkologiyaya ünvanlayıb. Nəticədə heç bir köməklik olunmayıb. Deyirlər ki,Səhiyyə Nazirliyinin siyahısında bu dərmanlar yoxdur. Hamı yaxşı bilir ki,dərmanları almaq üçün maddi dəstək kömək lazımdır. Mən,Azərbaycanda olan dərmanlardan istifadə etmişəm,lakin heç bir köməyi olmayıb.Bir müddət Türkiyənin,İsveçrənin dərmanlarını aldım. Müalicənin bir kursub 2000 manata çixirdi.İndi yazılan dərmanlar Amerika və Hindistanın istehsalıdır.  Mənə maddi köməklik göstərilsə mən də müalicə oluna bilərəm.Bəzən təəssüf hissi keçirirəm ki,mən də gərək müğənni,aktyor,rəssam olaydım ki,dövlətimiz mənə köməklik edəydi,xaricdə müayinə və müalicəm üçün vəsait ayıra idi.Mən təhsil işçisiyəm,elmlə məşğul oluram.Mənim kimi təhsil işçilərinin də səsinə səs vermək,onların müalicəsinə diqqət ayırmaq lazımdır..Mən görürəm ki,mənim məktublarımdan mənim dövlətimin rehbərlərinin xəbəri yoxdur..İnaniram ki,Sizin xəbəriniz olsa idi mənim müalicəm üçün də dövlətimizin vəsait ayırmaq gücü və imkanı vardır.Sadəcə məktubum ünvana düzgün çatmır.Dəfələrlə məktub göndərilsədə heçkim müraciyyətə baxmayıb.1 Məktubda Mərkəzi onkoloji xəstəxanaya yönləndirdilər.ordan bel bir cavab verildiki.bizim sizin müalicəniz üçün heçbir imkanımız yoxdur.
Allah naminə mənə köməklik etmənizi xahiş edirəm.Siz bilirsiniz ki,onkoloji xəstəlik vaxt gözləmir,vaxtında müdaxilə  olunmasa həyatını qurtarmaq olmaz.Sizə uzun ömür can sağlığı,Azərbaycanın inkişafı,daxili və xarici siyasətinin daim inkişaf etdirilməsi yolunda uğurlar arzu edirəm.

Allah sizləri qorusun!

İsmayılova Şəfaqət Fəzayıl qızı.

051-520-70-02

Paylaş