Suriyanın İordaniya ilə sərhəddə qaçaqmalçılarla atışma olub.
Korrupsiya.az xəbər verir ki, bu barədə İordaniyanın PETRA xəbər agentliyi məlumat yayıb.

Atışma sərhədin şimal-şərq hissəsində qeydə alınıb.

Hadisə nəticəsində bir iordaniyalı zabit həlak olub, daha üç əsgər isə yaralanıb.

Qaçaqmalçılar toqquşma yerində xeyli narkotik maddə qoyaraq Suriyaya qaçıblar.

Paylaş