Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

Korrupsiya.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 2014-cü ilin oktyabr ayından sonra ilk dəfə olaraq bir barel üçün 87 ABŞ dollarını ötüb.

Mart fyuçerslərinin qiyməti 0,84 % artaraq bir barel üçün 87,31 ABŞ dolları təşkil edib.

WTI neftinin də fyuçersləri 1,3% artaraq 84,38 ABŞ dolları olub.

Paylaş