2022-ci ildə dövlət büdcəsi gəlirlərinin 15,9 faizi Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub”.

Korrupsiya.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin əməkdaşı Faiq Orucov deyib.

O bildirib ki, cari ildə Dövlət Neft Fondundan transfertlər və Dövlət Vergi Xidmətindən daxilolmalar da dövlət büdcəsi gəlirlərinin əsas mənbələrini təşkil edir:

“Dövlət Neft Fondu tərəfindən ayrılan transferlər dövlət büdcəsi gəlirlərinin 47,4 faizini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxilolmalar 32,9 faizini formalaşdırması nəzərdə tutulub”.

Paylaş