DTX tərəfindən həbs olunan “Xeberman.com” və “Press-az.com” informasiya saytlarının təsisçisi və redaktoru Polad İsrail oğlu Aslanov aclıq aksiyasını dayandırıb.

Korrupsiya.az ın əldə etdiyi məlumata görə, həbs olunan jurnalist yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlamışdı.

Qeyd edək ki, 2019-cu il noyabrın 16-da Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Araşdırma aparılır.

Paylaş