Kanadanın Britaniya Kolumbiyası əyalətindəki internat məktəbində xeyli sayda adsız məzarlar tapılıb.
Korrupsiya.az xarici KİV-yə istinadən xəbər verir ki, Britaniya Kolumbiyası əyalətinin Uilyams Leyk dairəsinin birinci millət başçısı Villi Sellars “St. Joseph’s Mission” İnternat Məktəbinin bağında 93 yeni məzarın aşkar edildiyini açıqlayıb.
Sellars 470 hektarlıq ərazinin 14 hektarını radarla skan etdiklərini, indiyədək 93 məzar yerinin müəyyən edildiyini bildirib.
Qeyd edilib ki, onilliklərdir sözügedən internatda laqeydlik və sui-istifadə, müəssisədə uşaqların öldüyü və itkin olduğu xəbərləri var idi.
“St. Joseph’s Mission” İnternat Məktəbinin 1891-1981-ci illərdə fəaliyyət göstərdiyi və onun Kanadada ən uzun müddətli fəaliyyət göstərən kilsə internat məktəblərindən biri olub.