Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Korrupsiya.az a verilən məlumata görə, rayonun Yemişənli və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində müəyyən edilən say həddindən artıq, eləcə də COVID-19 pasportu olmayan qonaqların iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibləri barəsində protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Paylaş