Rabitəbank” ASC ilə Almaniyanın nəhəng “Deutsche Sparkassenstiftung für Internationale Kooperation e.V” fondu arasında vacib əhəmiyyətli müqavilə imzalanıb.  

Korrupsiya.az xəbər verir  ki, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişafı Nazirliyi sözügedən fonda Azərbaycanın iqtisadi rayonlarında, kənd və qəsəbələrində Mikro və Kiçik Sahibkarların (MKS) sahibkarlıq bacarıqlarını təşviq etmək və onların müvafiq risk idarəetməsi imkanlarını təkmilləşdirməklə, iqlim dəyişikliyi kimi xarici amillərə davamlılığını artırmaq üçün məsləhət xidmətləri və təlimlər hazırlamağı həvalə etmişdir.

Belə ki, fond, “Cənubi Qafqaz və Ukraynada Mikro və Kiçik Sahibkarların dayanıqlı inkişafı üçün kənd təsərrüfatının maliyyələşdirilməsinin təşviq edilməsi” layihəsi çərçivəsində kəndlərdə maliyyə xidmətlərinin əldə edilməsi və istifadəsinin yaxşılaşdırılması üçün məqsədyönümlü tədbirlər görəcəkdir.

Həmçinin, sazişə əsasən tərəfdaşımız tərəfindən Rabitəbanka aqrar təsərrüfatlar və fermerlər üçün kreditlərin anderraytinqi və portfel risklərin idarəedilməsi istiqamətində dəstək xidmətləri göstəriləcəkdir.

Mikro və Kiçik Sahibkarların biznesdə inkişafına xüsusi dəstək göstərən Rabitəbank, “Deutsche Sparkassenstiftung für internationale Kooperatione e.V” fondu ilə yanaşı, digər maliyyə qurumları ilə də əməkdaşlıqlarına təkan verərək xüsusi tədbirlər görəcəkdir.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Paylaş