Gələcəkdə bütün tibbi xidmətlər icbari tibbi sığorta ilə əhatə olunmalıdır”.

Korrupsiy.az

xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, onkoloji xəstəliklərin müalicəsi çox böyük maliyyə tələb edir:

“Ona görə icbari tibbi sığorta ilə qarşılana bilmir. Amma əminəm ki, gələn il onkoloji xəstəliklər də icbari tibbi sığorta çərçivəsində qarşılanacaq. Bu məsələdə artıq müzakirə edilir”.

Paylaş