Bu ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində müəyyən olunub. Hazırda neftin qiyməti 100 dollara yaxındır. Dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar 2022-ci ilin dövlət büdcəsinə düzəlişlər edilməsi gözlənilirmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bununla bağlı Korrupsiya.az a açıqlamasında bildirib ki, dövlət büdcəsində yenidən baxıla bilər.
Deputat qeyd edib ki, əvvəl may ayında büdcəyə baxılıb, əlavə və düzəlişlər edilirdi:
“İndi də ola bilər ki, büdcəyə yenidən baxılsın. Bu artıq hökumətin mövqeyindən asılıdır. Büdcə gəlirləri əsasən Dövlət Neft Fondundan formalaşır. Əlavə vəsait sərf olunacaq sahələr varsa, ola bilər vəsait ayrılsın”.