Rus hərbçilər Xersonda Dövlət Administrasiyasını ələ keçirdi

Rus hərbçilər Xersonda Dövlət Administrasiyasını ələ keçirdi

Rusiya hərbçiləri Xerson Vilayət Dövlət Administrasiyasının binasını tamamilə zəbt ediblər. 

Korrupsiya.az xəbər verir ki, bu barədə Ukrayna Regional Dövlət Administrasiyasının rəhbəri Gennadi Laquta məlumat verib.

“Lakin biz öz üzərimizə düşən vəzifələrdən əl çəkməmişik. Rəhbərlik etdiyim regional əməliyyat qərargahı fəaliyyətini davam etdirir və rayon sakinlərinə təcili yardım məsələlərini həll edir. Biz humanitar yardım gözləyirik. Xahiş edirəm, saxta məlumatlara inanmayın və panikaya qapılmayın. Biz operativ qərargahın iş reqlamentinə uyğun işləyirik”, – məlumatda deyilir

Paylaş