Zaqatalada 48 yaşlı qadın intihar edib.

Korrupsiya.az xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Gülbəniz Ramazan qızı Vahabovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki altıaçıqdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı G.Vahabovanın intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş