Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qarabağda separatçı erməni silahlı birləşmələrinin mütəmadi silahlı təxribatlara yol verməsi Kremlin təlimati ilə reallaşır:
“Məqsəd Azərbaycana təzyiqdir. Ölkəmiz bu təzyiqlərlə 30 ildir ki, üz-üzədir. Artan erməni təxribatları, Rusiyanın Ukrayna labiritində ilişib qalması Azərbaycanın anti-terror əməliyyatları keçirməsini reallaşdıra bilər. Təbii ki, burada Türkiyə faktoru mühüm rol oynayır, Rusiya da bundan narahatdır”.
Politoloq qeyd edib ki,  ilk növbədə Türkiyə Rusiya ilə danışıqlar apararaq silahlı erməni birləşmələrinin çıxarılmasını 10 noyabr Birgə Bəyannaməsinə uyğun həyata keçirməlidir:
“Hətta imzalanmış “müttəfiqlik” adlanan Moskva Bəyannaməsinə uyğun olaraq, Rusiya separatçılarla əməkdaşlığı dayandırmalıdır. Erməni separatçılarının təxribatları yeni dəhliz yolu istifadəyə verdikdən sonra tamamilə qarşısı alınmalıdır”.
Paylaş