Hazırda Türkiyədə Antalya forumu keçirilir. Prezident İlham Əliyevin orada iştirakı nəzərdə tutulub”.

Bunu Kirrupsiya.az a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Deputat xatırladıb ki, biz bir millət, iki dövlətik:

“Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev  qardaşdırlar. Qardaşın-qardaşa qonaq getməsi elə bir sual doğurmalı deyil. Prezidentlər daim əlaqə saxlayırlar. Əməkdaşlıq və digər regional məsələləri müzakirə edirlər. Əminəm ki, bu görüşdə Qarabağda indiyə qədər görülmüş və bundan sonra görüləcək işlər müzakirə olunacaq”, – deyə Z.Əsgərov vurğulayıb.

Paylaş