Salyan rayon prokuroru Firdovsi İlyas oğlu Nemətli səlahiyyət müddəti başa çatdığına görə vəzifəsindən azad edilib.

Korrupsiya.az ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən Korrupsiya.az a təsdiqləyiblər.

Paylaş