Yeni tikilən binalardan ev almaq istəyənlərin sayında kəskin azalma var.

Korrupsiya.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, xüsusən də iş adamları yatırım etmək üçün yeni binalardan yox, köhnə tikili olan 3 və ya 5 mərtəbəli binalaradan ev almağa daha çox maraq göstərirlər.
Ekspertin fikirincə, buna  səbəb həmin binaların bir çoxunun istisimar müddətinin başa çatması və gələcəkdə pilot layihə çərçivəsində yerində yeni binaların tikilməsidir. Dünyada baş verən son hadisələrdən sonra köhnə binalardan ev almaq istəyənlər təxminən 10-15 faiz artıb.
Nofəl Quliyev onu da deyir ki, Rusiya və Ukraynadan gətirilən tikinti materiallarının qiymətində bahalaşma olduğundan qarşıdakı aylarda yeni tikilən evlərin də qiymətinin artacağı istisna edilmir.

 

Rieltor Həşim Qədirov da deyir ki, Azərbaycan stabil ölkə olduğundan insanlar daha çox daşınmaz əmlaka kapital qoyurlar. Bu da onlar üçün risksiz hesab edilir.
Köhnə tikili binalardakı mənzillərə maraq çox olduğundan bu, qiymətlərə də təsir edib. Ekspert deyir ki, əvvəllər 50-60 min manata köhnə tikililərdən 2 otaqlı ev almaq mümkün idisə, indi 75-80 min manata qədər bahalaşma müşahidə edilir.
Paylaş