Azərbaycan Ordusu Xocalı rayonun Fərrux kəndini azad etdi. Münaqşiədən əvvəl bu ərazidə ermənilər yaşamayıb. Etnik təmizləmə nəticəsində oraya gəliblər. Oğru şəkildə müdaxilə edib və orada yaşayıblar. Bu, ilk növbədə ədalətin bərpasıdır”.

Bunu Korrpsiya.az a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, strateji baxımdan Azərbaycanın bu istiqamətdə addımları davam edəcək:

“Məqsəd, Xankəndi-Ağdərə yolunun nəzarət altına götürülməsidir. Bu zonanın iki yerə bölünməsi strateji baxımdan bizim üçün çox vacibdir. Biz buna nail olandan sonra orada yerləşən qeyri-qanuni erməni silahlı birləşmələrin tərki-silah edəcəyik. Ümumi strategiyanı və taktikanı götürsək, bu, ona yönəlmiş irəliləyişdir”.
Eks-nazir bildirib ki, bu məsələ ilə əlaqədar bəzi Minsk qrupu ölkələrinin bəyanatları olub:

“Təsadüfi deyil ki, bu bəyanatlar eyni formada həm Qərbdən, həm də Rusiyadan səslənib. Maraqlı bir vəziyyətdir. Demək olar ki, bir-biri ilə münaqişədə olan ölkələr bu mövzuda eyni mövqedədirlər. Bu bizim üçün çox vacib olan bir amildir. Gələcəkdə taktikamızı quranda bunu nəzərə almalıyıq”.

T.Zülfüqarov bu hadisələr fonunda Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin ağılsız bəyanat səsləndirdiyini qeyd edib:

“Onun fikirləri ilə bağlı Rusiyanın bir çox rəsmi şəxslərinin bəyanatı oldu. Onlar Delyaqinin fikirlərini tənqid ediblər. Bu ilk növbədə onu göstərir ki, indiki mərhələdə Putin administrasiyası həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin pisləşməsinin tərəfdarı deyil. Bu, bizim üçün əlverişli mühit yaradır ki, yuxarıda qeyd etdiyim məsələləri daha aktiv şəkildə həll etməyə nail olaq”.

Paylaş