Britaniya Baş naziri Boris Conson İcmalar Palatasının komitəsində millət vəkillərinin suallarını cavablandırarkən “Bayraktar TB2” PUA-larını xatırladıb.

Korrupsiya.az xəbər verir ki, o, tədarük etdikləri “STARStreak” yüksək sürətli hava hücumundan müdafiə raketlərinin və Türkiyədən alınan adıçəkilən PUA-larının Ukraynadakı müharibədə mühüm rol oynadığını bildirib.

Hökumət başçısı Rusiyaya qarşı sanksiyaların ölkə hərbçilərinin Ukraynanı tərk edənədək davam etdirilməli olduğunu qeyd edib.

Conson, həmçinin ölkəsinin Ukrayna xalqına dəstəyini artıracağını vurğulayıb.

Paylaş