Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Korrupsiya.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

“31 Mart- Azərbaycanlıların Soyqırımı Günündə soyqırım qurbanlarının xatirəsini yad edir və belə qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmamasını vacibliyini bildiririk. Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq”, – C.Bayramov bildirib.

Paylaş