Sabirabad şəhəri, İlham İsgəndərov küçəsində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Korrupsiya.az a bildirib ki, tullantıların qalaqlandığı ərazi Xidmət əməkdaşlarının nəzarəti altında Sabirabad bələdiyyəsinin işçiləri tərəfindən təmizlənib.

“Ərazinin nəzarətə götürülməsi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müraciət olunub”.

Paylaş