Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda bu gün saat 10 radələrində yanğın hadisəsi baş verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov korrupsiya.az a bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb.

Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır

Paylaş