Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Feyzi Məmmədov bildirib ki, işlədiyi müddətdə maliyyə şöbəsinin müdiri Rəhim Rəhimova rüşvət verib.

“İşlədiyim müddətdə 10 min 800 manat rüşvət vermişəm. Mənə deyirdi ki, başçı istəyir, onun tapşırığıdır. Mən özüm işıqlandırmada işləyirdim. 2014-cü ilin yanvar ayında İşıqlandırma idarəsi yaranıb. Əvvəl mən mühasib, sonra rəis oldum. Hər dəfə çağırırdı ki, başçı deyir tədbirə görə pul ver. Ayrı-ayrı vaxtlarda müəyyən məbləğdə pul istəyirdi, deyirdi rəhbərin tapşırığıdır” – deyə şahid bildirib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub. //trend//

Paylaş