Əl-Qaidədə Üsamə bin Ladenin adıyla anınan və 2001-ci ildə Əfqanıstanda öldüyü güman edilən Ayman əl-Zəvahiri illər sonra ortaya çıxıb. 

Korrupsiya.az  xəbər verir  ki, “As-Sahab” media qurumu tərəfindən yayımlanan doqquz dəqiqəlik videoda əl-Zəvahiri Hindistanda məktəblərin birində görüntülənib. Hətta o, videoda Hindistanda  hicab taxmağın qadağan edilməsini və “İslam düşmənlərini” qınayıb.

Bildirək ki, 11 sentyabr hücumlarından sonra ABŞ Dövlət Departamenti Zəvahirini həbs edən şəxs və ya şəxslərə 25 milyon dollar mükafat elan edib. Beynəlxalq ictimaiyyətdə əz-Zəvahirinin Əfqanıstanda öldüyü iddia edilsə də, bu mövzuda rəsmi kəşfiyyat hesabatı paylaşılmayıb.

Paylaş