Rusiya gəmilərinin Belçika limanlarına girişi qadağan oluna bilər.

 

 

Korrupsiya.az  xəbər verir ki, bu barədə “The Brussels Times”in yazısında qeyd olunur.

Bildirilir ki, bu, Ukraynanın işğalı fonunda bu ölkəyə qarşı beşinci sanksiyalar paketinin bir hissəsi kimi Avropa səviyyəsində razılaşdırılarsa baş verəcək.

Xarici gəmilərin Belçika limanlarına çıxışı ölkənin dənizdə təhlükəsizliyi artırmaq və terrorizmlə mübarizə məqsədilə yaradılmış Dəniz İnformasiya Kəsişi (MIK) tərəfindən nəzarət edilir. Avropa Komissiyasının Rusiya tərəfindən idarə olunan gəmilərin Aİ limanlarına girişinə qadağa da daxil olmaqla təklif etdiyi beşinci sanksiya paketini nəzərə almaq xüsusilə vacibdir.

Paylaş