Rusiyanın Stupino şəhərində yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində partlayış baş verib. 

Korrupsiya.az  xəbər verir ki,  hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumata görə, partlayışın nasazlıq səbəbindən məişət qazı xəttində sızmadan baş verdiyi bildirilib.

Qeyd olunub ki, qəzanın nəticələrinin aradan qaldırmaq üçün hadisə yerinə 59 nəfər, 20 texnika cəlb edilib.

Paylaş