Hazırki vəziyyət bəs qədər ürəkaçandır. Dünyadakı tendensiyaları da nəzərə alsaq yaxın günlərdə bəzi qadağaların ləğv edilməsi gözləniləndir”. Korrupsiya.az  xəbər verir ki, bu fikirlərlə Bizim.Media-ya Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış edib. Deputat aprelin sonlarında maska tələbinin götürülməsini istisna etməyib:

“Aidiyyəti qurumlar bu məsələni vaxtaşırı təhlil edir, müzakirələr aparır. Epidemioloji vəziyyətlə əlaqəli yumuşalma qərarı və bunun zamanlaması isə son mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətləri daxilindədir. Bu qərarlar açıqlanana qədər var olan qaydalara riayət etmək tövsiyə olunur”, – deyə Rəşad Mahmudov qeyd edib.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə olunur. Yoluxma sayı ikirəqəmliyə, aktiv xəstə ayı üçrəqəmliyə düşüb.

Ötən günün statistikasında isə virusdan ölüm halı qeydə alınmayıb. İnfeksionistlərin fikrincə, bu durum koronavirusla bağlı bütün qadağaların aradan qaldırılmasına zəmin yaradır.

Paylaş