Betonqarışdırıcı avtomobil qaz kəmərini zədələyib.
Korrupsiya.az xəbər verir ki, bu gün səhər saatlarında Betonqarışdırıcı avtomobil magistral qaz kəmərini zədələyib. Avtomobilin qaz xətti üzərindən kənarlaşdırılmasından və işin gedişindən asılı olaraq 12.04.2022-ci il tarixində saat 13:00-dan etibarən “Keşlə” QPS-dən qaz təchizatı dayandırılıb. Təmir müddətində Xətai rayonu üzrə (Y. Səfərov, Babək prospekti, Xocalı prospekti, Nobel, F.Bayramov, S.Vəzirov, M.Mehdizadə, İ.Orucov, NZS qəsəbəsi, UPD yaşayış sahəsi, Aşıq Qurban, Mingəçevir və Süleyman Əhmədov küçələri) 35000 abonentin qaz təchizatı məhdudlaşdırılıb,
Nəsimi rayonu üzrə isə (Azadlıq prospekti, 28 May, Dilarə Əliyeva, Nizami, Xəqani) 20000 abonetin qaz təchizatının alternativ mənbələrdən təmin olunması imkanlarının mövcudluğuna baxmayaraq, qaz təchizatında müəyyən zəiflik ola bilər. Təmir işləri aparılır, yaxın saatlarda qaz təchizatındakı fasilənin aradan qaldırılması planlaşdırılır.