Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilən Taleh Kazımov kollektivə təqdim olunub.

Korrupsiya.az  xəbər verir ki, yeni AMB sədrini kollektivə Prezidentin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təqdim edib.

Qeyd edək ki, buna qədər Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov olub.

Paylaş