Bakı Mühəndislik Universitetinin tələbəsi itkin düşüb.

Kirrupsiya.az xəbər verir ki, Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.

L.Binnətova BMU-nun Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsidir. O, aprelin 1-də saat 16:50 radələrində müəllimdən icazə alaraq universitetdən çıxıb, daha sonra dərslərə gəlməyib.

Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Ailə Daxili İşlər Nazirliyinə məlumat verib.

Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.

Paylaş