Hansı ölkədən alınmasından asılı olmayaraq, son bir ayda dünya bazarlarında buğdanın qiyməti yenidən artıb.
Bunu Korrupsiya.az a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan indi Hindistan və Qazaxıstanla danışıqlar aparır.
“Fevral və mart ayında Qazaxıstandan buğda alışı kifayət qədər artıb. Amma buna baxmayaraq qiymət yenə də dəyişib. Ötən ilin birinci rübü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb. Bu onu göstərir ki, yeni məhsul çıxana qədər qiymət artımı davam edəcək. Bəlkə yeni məhsul çıxandan sonra bir qədər ucuzlaşma olsun. O da məhsuldarlıqdan asılı olacaq. Dünyanın əsas taxıl anbarları hesab olunan ölkələrdə (Kanada, Misir və s.) taxıl bolluğu olarsa, o zaman bəlkə qiymətlərdə müəyyən ucuzlaşma olsun”.
N.Cəfərli bildirib ki, indiki şəraitdə qiymətin yaxın zamanlarda aşağı düşməyəcəyini demək mümkündür:
“Bu da Azərbaycanda növbəti dəfə un, un məmulatlarının və çörəyin qiymətinin artmasına səbəb ola bilər. Belə ki, baha qiymətə alınmış taxıldan istehsal olunmuş un və çörəyin yüksək qiymətə satılması məcburiyyəti olacaq. Bu səbəbdən də dövlət tərəfindən müəyyən dotasiyalar verilməlidir. Hələki bununla bağlı müzakirələr belə yoxdur