Bakı-Qazax magistralının 241-ci kilometrliyində yerləşən Ucar rayon avtovağzalı ləğv edilir.

Korrupsiya.az ın məlumatına görə, avtovağzalın ərazisi artıq dəmirlərlə hasara salınıb.

Rayon sakinlərinin bildirdiyinə görə, avtovağzalın ərazisində yeni market tikiləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Korrupsiya.az ın sorğusuna cavab olaraq bildirilib ki, sahibkar avtovağzalı işlətmək üçün 2010-cu ildə icazə sənədi alıb: “Sahibkar 2010-cu ildə müraciət edib avtovağzal fəaliyyəti göstərmək üçün icazə sənədi olan pasport alıb. Hazırda isə Ucar rayonunda yerləşən həmin obyektin avtovağzal kimi fəaliyyət göstərməsi dayandırılıb”.

Qeyd edək ki, rayonda yeni avtovağzalın tikiləcəyi haqqında məlumat yoxdur.

Paylaş