Əfv Komissiyasının üzvləri olaraq bizim üçün məhkumlara münasibətdə vahid yanaşma mütləqdir”.

 

Bunu Modern.az -a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

 

Azərbaycanda ilk dəfə ömürlük məhbusun həbsxanadan birbaşa azadlığa buraxılmasından söz açan hüquq müdafiəçisi beynəlxalq təcrübədə belə halların mövcud olduğunu söyləyib. Eyni zamanda o, iş adamı Şəmsi Səmədzadənin dəfələrlə əfv üçün müraciət etdiyini bildirib.

 

“İlk dəfə idi ki, ömürlük məhkum əfv olundu. Biz məhkumların müraciətlərinə baxanda açıqladığımız konkret kriteriyaları əsas götürürük. Şəmsi Səmədzadə 22 ildir ki, həbsdə idi, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O özü və yaxınları dəfələrlə müraciət etmişdilər ki, əfvə düşsün. Hüquq müdafiəçilərinin vasitəsilə də bizə müraciətləri gəlmişdi. O, bu dəfə ölkə başçısı tərəfindən bağışlandı.Ölkə başçısı hər zaman mərhəmət, şəfqət, humanizm prinsipləri ilə çıxış edir. Bu dəfə 213 məhkum əfv edildi və onlardan 167-si azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad olundu. Xeyli məhkumun qalan cəzası yarıbayarı azaldılıb. Bəzi şəxslər şərti olaraq azadlıqdan məhrum ediliblər. Onlar arasında müəyyən cinayətlər törədən şəxslər də var. Əsas məsələ odur ki, bu əfv sərəncamı cəmiyyət tərəfindən müsbət qarşılandı”, – deyə Komissiya üzvü vurğulayıb

Paylaş