Ukrayna Silahlı Qüvvələri daha bir rus mayoru, Novosibirskdən Yevgeni Kuşenkonu ləğv edib.

Korrupsiya.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Stefan məlumat yayıb.

Novosibirskdən olan mayor Kuşenko Yevgen rəsmən denaziya və demilitarizasiya edilib. Millətin şərəfinə. Düşmənlərə ölüm”, – Stefan yazıb.

Kuşenkonun ölümü Rusiyada təsdiqlənib.

Rusiya Federasiyasının Novosibirsk vilayətinin Koçenovski rayonunun administrasiyasının məlumatına görə, 31 yaşlı Rosqvardiya mayoru Rusiya Müdafiə Nazirliyinin Ukraynada keçirdiyi “xüsusi əməliyyat” çərçivəsində “döyüş tapşırıqlarını yerinə yetirərkən” həlak olub.

Paylaş