Rusiya Ukrayna  problemini bitirmədən və yaxud bir müharibənin zərərini, itkilərini bərpa etmədən, sanksiyalar altında əzildiyi bir vaxtda yenidən çox böyük ərazilərə malik – Qazaxıstana hər hansı bir şəkildə müdaxilə etməsi real görünmür. 

Bunu Korrupsiya.az a  açıqlamasında hərbi ekspert  Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bu, həm maliyyə, həm də  iqtisadi  baxımdan Rusiya üçün  çətindir:

“Rusiya ordusu Ukrayna ərazisində  kifayət qədər “yorulub”. Ruslarda yorğunçuluq hiss olunur,  belə ki,  hücum templərini  aşağı  düşməsi,  raket zərbələrinin intevsivliyinin azalması, onu göstərir ki, həm raketlərin  sayında müəyyən  azalma var, həm də  qoşunların artıq dəyişdirilməsi  gündəmdədir. Amma dəyişdirilməkdən ötrü də ərazi böyük olduğuna görə bu qədər qoşunla Rusiya cəlb edə bilmir.  Belə  bir durumda Rusiyanın Qazaxıstanla münaqişəyə başlasın? Bu, real deyil. Qazaxıstan beynəlxalq hüquqdan irəli gələnləri  sadəcə ən yüksək səviyyədə  səsləndirdi. Bu Rusiyanı qıcıqlandıra və müəyyən iqtisadi problemlər  yarada bilər. Amma nəzərədə  almalıyıq ki, Qazaxıstan da mövcud Türkiyə  ilə  münasibətləri  fonunda  KTMT-dən  imtina  barəsində ən azı ekspertlıər səviyyəsində gündəmə  mövzular buraxa  bilər.  Bu da Rusiyanı düşündürməyə vadar edər”.

Ə.Verdiyev Çeçenistan rəhbəri Ramzan Kadırovun ötən günlərdə  KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) dövlətlərinin müharibədə Rusiyaya dəstək olmadıqlarına görə qınamasına da fikir bildirib:

“KTMT dövlətləri bu yardıma qoşulsunlar. Bu yardıma indiyə kimi qoşulan tək  dövlət  Ermənistan olub. O da əlacsızlıqdan bu məsələlərə  qeyri-rəsmi  olaraq dəstək verir. Separatçılara humanitar yardım göndərir və hər bir  ölkə  yaxşı  anlayır ki,  Rusiyanın hazırki fəaliyyətləri beynəlxalq hüquqa ziddir. Rusiya hazırda işğalçı bir dövlət  kimi tanınır. İstənilən ölkənin Rusiyanın və  ya onun tanıdığı  qondarma  qurumların yanında yer alması tez və  ya gec Qrəbin sanksiyaları ilə  nəticələnəcək. Biz bunu Belarusa tətbiqində  gördük. İnanmıram ki,  KTMT dövlətləri  bu  məsələdə  beynəlxalq hüququ  normalara  tapdalayıb Rusiyanın yanında dursun, Ermənistan və  Belarus  təhlüksəzilik baxımından,  əlacsızlıq Rusiyanı özlərinə bir sponsor kimi  görür.  Qazaxıstan isə  Rusiyadan digər  gözləntiləri olmadığıa görə,  onu dəstəkləməyəcək.  Kadırovun verdiyi bəyanət  isə qaş  düzətldiyi yerdə göz çıxartmağa  bənzəyir. KTMT  ölkələri onsuz da Rusiyanın yanında deyildi.  İndi də Rusiya hakimiyyətində növbəti  Jirinovski rolunu oynayan Kadırovun bu bəyənatı KTMT-də mövcud olan  çatları birazda dərinləşdirə  bilər”.

Paylaş