Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.

Korrupsiya.az  xəbər verir ki, bu barədə informasiyanı BDU-nun Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, müəllimin əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.

Müəllim deyib ki, imtahandan kəsilən zaman tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

Paylaş