Ermənistanda Aparan polis idarəsinin rəisi Aşot Ayrapetyanı vəzifəsindən azad edilib. 

Korrupsiya.az  erməni KİV-ə istinadən xəbər verir ki, bu  barədə  Ermənistan Polisinin rəhbəri Vahe Kazaryan əmr imzalayıb.

Bildirək ki,  iyunun 19-u axşam saatlarında Aparanda ölkəni çalxalayan silahlı insident baş verib. Atışma zamanı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Məlumata görə, hadisənin bir qrup gəncin baş nazir Nikol Paşinyanı söyməsindən sonra baş verdiyi  bildirilir.

Paylaş