Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyunun 24-də saat 17 radələrində Masallı rayonunun Sərçivar kəndi ərazisində “KamAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

İdarədən Korrupsiya.az a verilən məlumata görə, polis əməkdaşları tərəfindən yoxlama zamanı sürücü, Lənkəran rayon sakini Fariz Məmmədovun avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Paylaş