Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Korrupsiya.az xəbər verir ki, dəyişikliklə DSMF-nin 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılıb

Paylaş