Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Yeni Zelandiya iyulun 25-dən etibarən Rusiya qızılının ölkəyə idxalına qadağa qoyacaq.

Korrupsiya.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta KİV-ə  danışıb.

Mahuta, qərarın Yeni Zelandiyanın Rusiyanın qızıl aktivləri üçün təhlükəsiz sığınacaq olmamasını təmin edəcəyini söyləyib:

“Yeni Zelandiya həmçinin qanunsuz müharibəni (Ukraynaya qarşı – red.) maliyyələşdirmək üçün böyük qızıl ehtiyatlarından istifadə edərək Rusiyanın beynəlxalq sanksiyalardan yayınmasının qarşısını almaq üçün beynəlxalq səyləri dəstəkləyir”.

Rusiya qızılının idxalına qadağa Kremlin öz valyutasını dəstəkləməsinin qarşısını almağa kömək edəcək.

Paylaş