Rusiya Yaponiyaya məxsus Kuril adaları ilə bağlı növbəti münaqişəni qızışdırmağa başlayır.

Korrupsiya.az xəbər verir  ki, bu barədə RusiyaTəhlükəsizlik Şurasının katibi Nikolay Patruşeva yerli KİV-lərdən birinə danışıb.

Onun sözlərinə görə, Yaponiyanın Kuril adaları ilə bağlı “revanşist istəklərini” gücləndirməsi Rusiyanı qane etmir.

Ötən əsrin ortalarından Moskva və Tokio İkinci Dünya Müharibəsinin nəticələrinə görə sülh sazişi hazırlamaq məqsədi ilə danışıqlar aparırlar. Buna gedən yolda əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılıqları olaraq qalır.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası Prezidentinin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev bildirmişdi ki, Rusiya Yaponiyanı Kuril adaları yaxınlığında balıq tutmaq hüququndan məhrum edəcək.

Moskva ümid edir ki, rus şirkətləri Cənubi Kuril adaları yaxınlığında yapon balıqçılarının yerini tuta biləcək.

Yeri gəlmişkən, Yaponiyanın baş naziri Fumio Kişida Kuril adalarının cənub hissəsini Yaponiyanın orijinal əraziləri adlandırıb.

Xatırladaq ki, fevral ayında bir sıra yaponlar Kuril adalarının cənub hissəsində keçirilən hərbi təlimlərlə bağlı Rusiyaya etiraz etmişdilər.

Paylaş